gettyimages 1604726426

Polşanın xarici işlər naziri Radoslav Sikorski sentyabrın 9-dan 10-na keçən gecə Polşa hava məkanında qeydə alınan pilotsuz uçuş aparatlarının yalnız Belarusdan deyil, həm də Ukrayna ərazisindən daxil olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə sentyabrın 12-də Kiyevdə həmkarı, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında danışıb.

“Bu pilotsuz təyyarələr təkcə Ukraynadan deyil, Belarusdan da bizim hava məkanımıza uçub”, – Sikorski bildiri

Qeyd edək ki, Polşa ordusunun əməliyyat komandanlığı sentyabrın 10-da səhər açıqlama yayaraq bir gecədə 21 dəfə hava məkanının pozulduğunu bəyan edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: