Polşadan gözlənilməz addım: 20 illik abort qadağasına son verilir?

Polşada 1993-cü ildən qüvvədə olan abort qadağası aradan qaldırıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Gazeta Prawna” qəzeti məlumat yayıb.

Məlumata görə, Polşanın Baş naziri Donald Tusk tezliklə Polşa Seyminə (parlamentin aşağı palatası) 12-ci həftəyə qədər abortların qanuniləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim etməyə hazır olduğunu bildirib.

Tuskun sözlərinə görə, onun rəhbərlik etdiyi koalisiyada abort məsələsinə fərqli baxış mövcuddur. O, bu məsələ ilə bağlı qadın təşkilatları ilə daxili koalisiya məsləhətləşmələrinin keçirilməsini təklif edib.

Xatırladaq ki, Polşada 1993-cü ildən tibbi səbəblər və zorlamadan sonra yaranan hamiləlik istisna olmaqla abort qadağandır.

Əliyar Xəlil,

Globalinfo.az