WhatsApp Image 2024 11 22 at 13.07.31

Polşa səmasında pilotsuz təyyarələrin zərərsizləşdirilməsi əməliyyatında NATO-ya üzv 4 ölkənin hərbi təyyarələri iştirak edib”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

O, PUA insidentinə görə Rusiyanı günahlandırıb.

“Əməliyyatlarda Polşanın F-16-ları, Niderland F-35-ləri, İtaliya və Almaniya təyyarələrindən istifadə olunub”, – deyə Rutte bildirib.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.

Polşanın Baş naziri Donald Tusk ölkə ərazisi üzərində təhlükə yaradan pilotsuz təyyarələrin vurulduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: