Polşada polis rəisinə Ukraynadakı həmkarlarından birinin verdiyi hədiyyə partlayıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Bildirilib ki, hüquq mühafizə orqanı əməkdaşının Ukrayna ziyarəti sırasında aldığı hədiyyə Varşavadakı polis şöbəsində partlayıb.
Məlumata görə, partlayış polis rəisinin kabinetinə bitişik otaqda olub. Nəticədə otağın tavanı uçub və Polşa polisinin komendantı general Yaroslav Şimçik və Baş Polis İdarəsinin bir əməkdaşı yüngül xəsarətlər alıb.
Polşa mediasında hədiyyənin reaktiv qumbaraatan olduğu bildirilib və onun təsadüfən atəş açdığı barədə iddia irəli sürülüb.