
“Polşa öz nüvə silahına sahib olmaq yolunda irəliləməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navroçki deyib.
O qeyd edib ki, Polşa, xüsusilə Rusiya səbəbindən silahlı qarşıdurma həddindədir:
“Mən dövlətin nüvə layihəsinə qoşulmasının tərəfdarıyam. Öz nüvə silahını əldə etmək yolu bütün beynəlxalq normalara uyğun olmalıdır. Biz bu istiqamətdə hərəkət etməliyik ki, işə başlaya bilək”.
Safura Bənnayeva
Globalinfo.az