helikopter 1

Bu gün Polşanın Mi-24 helikopteri Belarus hava sərhədini pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus sərhəd komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sərhəd komitəsinin məlumatına görə, pozuntu Qrodno vilayətinin Berestovitski rayonunda qeydə alınıb.

Hadisə ilə bağlı Polşanın Belarusdakı müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Ondan Polşa helikopterinin Belarus sərhəddini pozması ilə əlaqədar izahat tələb olunub.

Paylaş: