Polşa Belarus və Rusiya ilə sərhədə 40 minə yaxın əsgər göndərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
“Polşa uzun aylardır “Zapad-2025″ təlimlərinə hazırlaşır. Polşa hərbçiləri 30 mindən çox hərbçinin iştirak etdiyi təlimlər keçirib. Yaxın günlərdə sərhəddə 40 minə yaxın əsgərimiz olacaq”, – o qeyd edib.