tusk

“Polşa ordusunun hərbçiləri Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bizim bu məsələdə mövqeyimiz aydındır. Lakin Varşava Kiyevə yardım göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərindən növbəti dəfə istifadə etmək niyyətindədir”.

Qeyd edək ki, Böyük Britaniya və Fransa Ukraynaya 30 min sülhməramlı göndərmək planı hazırlayır . Bunun  Rusiya ilə atəşkəs sazişi imzalanacağı təqdirdə ola biləcəyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: