Polkovnik sirləri açdı: Ordumuza əsir düşmüş bu erməni qız… – VİDEO

“Səs yazısı 1:35-dən sonra başlayır. Bizimlə 1 ay 10 gün yaşadı, amma bu qədər həyəcan keçirmədi. Bu erməni qızın ata-anası yoxdur, Ermənistandan Şuşanın kəndinə – nənəsinin yanına gəlmişdi, sonra yollar bağlandığından geri qayıda bilmirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Ordumuza əsir düşmüş erməni qızın taleyi barədə suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, həmin qız Şuşada 3 nömrəli internat məktəbinin yerindəki hərbi hissənin zabit kazarmasında yaşayıb.

“Lap yuxarıda öz çarpayısı vardı, həkim və tibb bacıları ilə birlikdə idi. Tez uyğunlaşdı bizə. Bikar qalmaq istəmirdi, xabit kazarmasını silib-süpürür, yataqları səliqəyə salırdı. Gülərüz qız idi. Əynindəki xəz palto (gödəkcəni) və çəkmələrini bizim zabitlərdən biri, səhv etmirəmsə, baş-leytenant Ceyhun öz pulu ilə almışdı.

Təbii ki, biz qız-qadın davası yox, torpaq davası edirdik. Ermənilər Daşaltıdakı şəhidlərimizin meyitlərini vermək istəmirdilər, ona görə də bu qızı təhvil verib 19 şəhidimizin cənazəsini aldıq”, – Azay Kərimov qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az