Polkovnik-leytenantın həlak olduğu qəzanın VİDEOSU

Dekabrın 25-də İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

Globalinfo.az-ın əldə etdiyi görüntülərdə polis polkovnik-leytenantı Qabil İsmayılovun idarə etdiyi BMW ilə “Honda İnsight” markalı avtomobilin qəzadan sonrakı kadrları əks olunub.

Zərbənin gücündən polis zabitinin avtomobili yoldan kənara çıxıb, hər iki nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb.

Qəzada BMW-ni idarə edən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, 2002-ci il Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi təvəllüdlü Nurlan Nağıyev həlak olub.

53 yaşlı Qabil İsmayılovun ailə üzvləri də hadisə vaxtı avtomobildə olub, onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

Turan Rzayev
Globalinfo.az