Polisin əmrinə tabe olmadı: təhlükə yaratdı – VİDEO

Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücü digər avtomobillərə ciddi təhlükə törədib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videodan aydın olur ki, 77 EY 438 dövlət qeydiyyat nömrə nişanlı, “Ravon R3” markalı avtomobil hərəkətin aktiv olduğu yolda polisin “saxla” əmrinə tabe olmayaraq, təhlükəli manevrlər edir.

Qəza vəziyyəti yaradan sürücü yol polisi əməkdaşlarının səyi nəticəsində saxlanılıb.