Polis uşağı xilas etdi, özü isə boğuldu – Naxçıvanda şok olay / FOTO

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.

Globalinfo.az xəbər verir ki, iyulun 22-də xidmətdən kənar vaxtda ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası – 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Allah rəhmət eləsin.

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Zaira Akifqızı
Globalinfo.az