Polis bu uşağın yaxınlarını axtarır – FOTO

Bakıda tapılan azyaşlının valideynləri axtarılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

“Hörmətli vətəndaşlar. Sulutəpə ərazisindən gördüyünüz azyaşlı tapılıb. Hazırda sığınacağımızdadır. Uşaq danışma və eşitmə məhdudiyyətlidir. Xahiş edirik valideynlərinin tapılmasına paylaşaraq kömək edəsiniz”, – deyə paylaşımda qeyd edilib.