
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahında olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, azərbaycanlı diplomat İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.