“Zalujnının istefası Ukrayna Silahlı Qüvvələrinə cəbhədəki durğunluğu aradan qaldırmağa kömək edəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ali baş komandandır:
“Yəni o, ümumilikdə cəbhə xəttində, iqtisadiyyatda, sosial münasibətlərdə baş verən hadisələrə görə məsuliyyət daşıyır. İki illik müharibədən sonra bu gün müşahidə etdiyimiz durğunluq adekvat deyil”.
Podolyak əlavə edib ki, həm ukraynalılar, həm də Kiyevin Qərb tərəfdaşları döyüşlərdən yorulublar. Zelenski isə həll yolu axtarır. Çünki Kiyev münaqişənin durğunluğuna və ya dondurulmasına göz yuma bilməz.
Qeyd edək ki, Podolyak Ukrayna Silahlı Qüvvələrinin taktiki səhvlərini etiraf edib və Kiyevin əks hücumunun uğursuzluğundan şikayətlənib. Ukrayna prezidenti isə öz növbəsində cəbhədə durğunluq olduğunu etiraf etdi.
Əliyar Xəlil
Globalinfo.az