turkiye mn 12

Türkiyə PKK/YPG terror təşkilatının Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcək.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Bölgədə mövcud olan terror təşkilatlarına qarşı mübarizədə mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”, – bildirilib.

Qeyd olunub ki, bölgədə sabitliyin qorunması üçün Türkiyə ordusu tərəfindən bütün lazımi tədbirlər görülür və regiondakı aktorlarla sıx əməkdaşlıq və koordinasiya prosesi davam edir.

Paylaş: