
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli eyni şəhərdə görüntülənib.
Gloobalinfo.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Bildirilib ki, hər iki məşhur Nyu Yorkdadır:
“Pitt dostları ilə restoranda nahar edərkən, Coli isə alış-veriş zamanı görüntülənib. Ehtimal olunur ki, aktrisa anasının evində yaşayan oğlu üçün bunu edib”.
Qeyd edək ki, bundan əvvəl Bred Pittin inciklik səbəbindən övladları ilə ünsiyyətdən imtina etdiyi bəlli olmuşdu. Onların 6 uşağı var.
Leyla Əlisoy
Globalinfo.az