“Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampın onu işdən çıxaracağı ilə bağlı narahatdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən yazıb.
İddialara görə, Heqset getdikcə Pentaqonun bürokratiyasından uzaqlaşır:
“O, ünsiyyətini yalnız yaxın ətrafı və onların ailələri ilə məhdudlaşdırıb. Nazir həyat yoldaşı Cennifer ilə birlikdə bir neçə tədbirdə iştirak edir. Həmçinin ətrafında ona yaxın olan, baş məsləhətçi təyin etdiyi qardaşı Fil, vəkil Tim Parlatore və keçmiş dəniz piyadası Riki Buryea da var”.
Əliyar Xəlil
Globalinfo.az