pezeskian 1

İran Prezident Administrasiyasının İnformasiya İdarəsinin rəhbər müavini Seyid Mehdi Təbatəbai “X” (keçmiş Twitter) hesabında etdiyi paylaşımda xəbərin tamamilə yalan olduğunu vurğulayıb:

Prezident xalqa xidmət etməkdən geri çəkilməyəcək”.

***

İran Prezidenti Məsud Pezeşkianın istefa verməsi ilə bağlı iddialar gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, İran mediasında yayılan məlumatlara görə, prezidentin ölkə idarəçiliyində hərbi dairələrin, xüsusilə SEPAH rəhbərliyinin təsirinin artmasından narazı olduğu bildirilir.

İddialara əsasən, Pezeşkian ali dini rəhbərliyin ofisinə müraciət edərək vəzifəsindən azad olunmasını xahiş edib. Məlumatlarda bu addımın ölkədə siyasi qərarların qəbulunda mülki hakimiyyətin rolunun məhdudlaşması ilə əlaqəli olduğu vurğulanır.

Tahir Turan
Globalinfo.az

Paylaş: