pezeskian 09 900x600 1

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı “daş dövrü”nə” qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.

Globalinfo.az bildirir ki, Pezeşkian bunu “X” sosial şəbəkəsində yazıb.

“Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb – red.) verdim”, – İran Prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edərək, İranı “daş dövrü”nə qaytarmaqla hədələyib.(“Report”)

Paylaş: