Pezeşkiandan ABŞ-dakı seçkiyə reaksiya: “Fərqi yoxdur”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-da keçirilən prezident seçkisinə münasibət bildirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pezeşkian bildirib:

“İran İslam Respublikası üçün ABŞ-da prezident seçkilərində kimin qalib olmasının fərqi yoxdur. Çünki ölkəmiz və hökumətimiz öz daxili gücünə əsaslanır”.

İran Prezidenti deyib ki, ölkəsi qonşu dövlətlərlə əlaqələrin inkişafını prioritet hesab edir.