İran prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandıran fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bundan əvvəl İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə nəzarət və monitorinqləri əhatə edən əməkdaşlığını dayandırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.
Əliyar Xəlil
Globalinfo.az