İran Prezidenti Məsud Pezeşkian Xuzistan vilayətinin Əhvaz şəhərində yeni məktəbin təməlqoyma mərasimində iştirakı zamanı Azərbaycan atalar sözünü dilə gətirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, İran bu barədə İran Teleqram kanalları məlumat yayıb.
“Türk dilində belə bir məsəl var: oğul şüurlu olsa, neylər dədə malını, şüursuz olsa, neylər dədə malını? Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik”, – Pezeşkian bildirib.