mesud pezeskian 900x600 1

İran Prezidentinin ölkəsinə qarşı təcavüzün təkrarlanmayacağına dair zəmanət alması şərtilə hərbi əməliyyatlara son qoymağa hazır olduğunu elan etməsindən sonra neftin qiyməti 5 faiz düşüb.

Globalinfo.az xəbər veirr ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, İrandakı münaqişənin mümkün sona çatması ilə bağlı artan spekulyasiyalar səbəbindən “Brent” markalı xam neftin qiyməti bir barel üçün 104 dollardan, “Light” markalı xam neftin qiyməti isə bir barel üçün 102 dollardan aşağı düşüb.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti hərbi əməliyyatlara son qoymağa hazır olduğunu bildirib, lakin ABŞ və İsraildən ölkəyə gələcək hücumların olmayacağına dair qəti vədlər tələb edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: