İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək”, – İran Prezidentinin paylaşımında deyilir.
Pezeşkian ölkəsinin hər zaman qlobal sülh ideyasına sadiq olduğunu, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atdığını əlavə edib.
O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı sənədin surətini paylaşıb.


