Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 863 vaksin vurulub.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 909 465 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb