Peyğəmbəri təhqir edən jurnal indi də Qarabağa söz atdı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məşhur “Çarli Hebdo” jurnalının Qarabağla bağlı yanlış məlumat paylaşmasına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə öz tviter səhifəsində yazıb.

“Dinləyin, siz Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı yaranmış təhlükəni unutdunuz. İndi Azərbaycan öz ərazilərində sülhü bərpa etdiyi halda hansı təhlükədən danışırsınız?”, – L.Abdullayeə bildirib.

Qeyd edək ki, “Çarli Hebdo” Ukrayna müharibəsindən sonra Ermənistan və Qarabağ ermənilərinə yaranmış “təhlükə”ni unutdurulduğunu iddia edib.

Xatırladaq ki, 2015-ci ildə “Çarli Hebdo” jurnalı bir qrup şəxsin hücumuna məruz qalmışdı. Buna jurnalın Məhəmməd Peyğəmbəri təhqir etməsinin səbəb olduğu bildirilmişdi.

Aqşin
Globalinfo.az