Qalstanyan daha bir sabiq erməni prezidentlə görüşdü

İrəvandakı etiraz aksiyalarına rəhbərlik edən Ermənistan Apostol Kilsəsinin Tavuşdan olan yepiskopu Baqrat Qalstanyan ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanın partiyasının üzvləri ilə görüşüb. 

Globalinfo.az xəbər verir ki, ruhani liderin partiyadan Aram Manukyan və Levon Zurabyanla görüşdüyü bildirilir.

B.Qalstanyan bunun sıradan görüş olduğunu, digər müxalif partiyaların nümayəndələri ilə də müzakirə apardığını qeyd edib.

Qeyd edək ki, B.Qalstanyanın Köçəryanla da görüşdüyü iddia edilirdi.

Ayşən Mustafa
Globalinfo.az