68b037599a9fa68b037599a9fb175637896968b037599a9f868b037599a9f9

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta çimərlikdən fotolarını paylaşıb.

Globalinfo.az xəbər verir ki, 27 yaşlı bloqçunun instaqram səhifəsində yayımlanan paylaşımlarda o, dəniz kənarında və qayıq gəzintisi zamanı müxtəlif pozalarda görüntülənib.

Fotolarda Yelizavetanın delfinləri seyr etməsi, sualtı dünyanı araşdırması və dulusçuluqla məşğul olması da əks olunub.

O qeyd edib ki, şəkillər noyabr ayında tətil zamanı çəkilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın ilk Prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşeva da atası Valentin Yumaşevlə nadir fotosunu paylaşmışdı.

WhatsApp Image 2025 12 18 at 22.02.12

Tahir Turan
Globalinfo.az

Paylaş: