Təyyarə qəzası ilə bağlı Rusiyadan ardıcıl açıqlamalar

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belqorodda İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü məsələ ilə məşğul olduqlarını deyib.

“Bu tamamilə yeni informasiyadır. İndi onunla məşğul olacağıq. Hələ ki, heç nə deyə bilmərəm”.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin açıqlaması isə diqqət çəkib.

O, Dumanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə əlaqədar ABŞ və Almaniyaya müraciət hazırlayacağını bildirib.