Paşinyanın sülhməramlı iddiasına Peskovun cavabı: Yalandır!

“Qarabağdakı rus sülhməramlıları ilə bağlı məsələ İrəvanla müzakirə olunmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Qarabağ de-yure və de-fakto Azərbaycanın ərazisidir. Bu məsələ Ermənistanla müzakirə olunmayıb”, – Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kremlin sülhməramlıların Qarabağdakı fəaliyyəti məsələsini İrəvan və Bakı ilə müzakirə etdiyini demişdi.

Ayşən Mustafa
Globalinfo.az