Rusiya NATO ilə müharibəyə hazırlaşır? – Peskovdan cavab

Pentaqon rəhbəri Lloyd Ostin Ukraynanın məğlubiyyəti fonunda Rusiya və NATO arasında müharibə başlayacağı haqda iddia səsləndirib.

Globalinfo.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ müdafiə nazirinin fikirlərinə münasibət bildirib.

Peskov Ostinin bu bəyanatını məsuliyyətsizlik adlandırıb.

“Biz Avropanın bir sıra paytaxtlarından son dərəcə məsuliyyətsiz bəyanatlar eşidirik. Bu bəyanatlar gərginliyin daha da artmasına gətirib çıxarır. Ən əsası isə bu cür açıqlamalar NATO-nun iç üzünü faktiki olaraq nümayiş etdirir. NATO Ukraynanı öz ərazisi hesab edir. Bu, Rusiyanın gördüyü işin düzgünlüyünü bir daha sübuta yetirir”, – Peskov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az