Peskov: “O tanklar da digərləri kimi yandırılacaq”

“Rusiya Şimal Hərbi Dairəsi ərazisində Amerikanın “Abrams” tanklarını məhv edəcək”,

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov fevralın 26-da məhv edilən “Abrams” tankı ilə bağlı yayılan videonu şərh edib.

“Əsgərlərimiz əvvəldən deyirdilər ki, bu tanklar da digərləri kimi yandırılacaq. Bu, bizim gündəlik, sistemli, peşəkar və fədakar işimizdir. Ukraynanı demilitarizasiya edən hərbçilər hər gün ABŞ tanklarını məhv edirlər”, – Peskov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az