Rusiyadan Vardanyanın həbsi haqda rəsmi açıqlama

Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti milyarder, Qarabağdakı keçmiş qondarma rejimin “sabiq dövlət naziri” Ruben Vardanyanın həbs xəbərinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bu barədə hər hansı məlumatlarının olmadığını deyib.

“Bununla bağlı məndə məlumat yoxdur. Ona görə də məsələ haqqında heç nə deyə bilmərəm. Kim saxlanılıb, necə olub, məlumatlı deyiləm. Əgər həqiqətən saxlanılıbsa, Rusiya vətəndaşlığının olub-olmadığını da bilmirik. Əgər varsa, Moskva onun hüquqlarını müdafiə edə bilər”, – Peskov bildirib.

Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Ayşən Mustafa
Globalinfo.az