Pərviz Bülbülə xəbərdarlıq etdi: “O mən deyiləm”

Meyxanaçı Pərviz Bülbülənin adından saxtakarlığa yol verilib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə meyxanaçı özü  instaqram  səhifəsində məlumat verib.

O qeyd edib ki, “Facebook” sosial şəbəkəsində adına  saxta səhifələr açılaraq siyasi mövzularda  təbliğat aparılır.

“Mənim “Facebook” sosial şəbəkəsində səhifəm yoxdur.  Orda adıma saxta hesablar açılaraq, siyasi mövzularda statuslar yazırlar. O mən deyiləm, orada yazılanlara inanmayın, hamısı saxtakar adamlardır. Bunu bilin! Mən siyasi mövzulara qarışmıram. “Facebook”  istifadəçisi də deyiləm”.