Peru prezidenti saxlanıldı

Peru Prezidenti Pedro Kastilyo hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Peru parlamenti Prezidenti Pedro Kastilyoya impiçment elan etdikdən sonra polis onu axtarışa verib. Bir neçə saat əvvəl isə dövlət başçısı parlamentin buraxılması və komendant saatının tətbiqi barədə sərəncam imzalamışdı.