Perinatal Mərkəzdəki yanğınla bağlı istintaq davam edir – Rəsmi

“Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı ilkin olaraq bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, bir neçə azyaşlının ölümü ilə nəticələnən hadisənin səbəb və şəraiti ilə bağlı istintaq davam edir.