Perinatal Mərkəzdə baş verən yanğının ilkin səbəbi açıqlandı

Həm Fövqəladə Hallar Nazirliyi, həm də Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar öz üzərinə düşən bütün vəzifələri dərhal yerinə yetiriblər.

Globalinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ilkin ehtimallara görə, yanğın elektrik mənşəlidir:

“Orada elektrik aparatları olub. Küvəz aparatları elektriklə işləyir. Güman edirik ki, onların qoşulmasında, istifadəsində, istismarında müəyyən pozuntular olub. Ümumiyyətlə yanğın təıhlükəsizliyinin pozulması hallarının ilkin əlamətlərini görürük.

Körpələrin ölüm səbəbinə gəlincə, onların yanıq xəsarətindən, yoxsa boğulma səbəbindən həyatlarını itirməsi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq. İlkin müşahidələrə görə, körpələr yanıq xəsarətləri alıblar. Amma ilkin olaraq yanğından, yoxsa boğulmadan öldükləri rəydən sonra bilinəcək”.