pentaqonnn

“Pentaqon iyun ayında NATO-ya ABŞ qoşunlarının Avropada azaldılması ilə bağlı planlarını təqdim etməyi planlaşdırır”,

Globalinfo.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti ABŞ hərbi mənbəsinə istinadən yazıb.

“Vaşinqton NATO-ya Avropanın müdafiəsində əsas yükün daha çox Avropa ölkələrinin üzərinə keçməsini təklif edəcək.

ABŞ rəsmiləri bildirirlər ki, Avropa artıq özünün konvensional müdafiəsinə daha çox məsuliyyət götürməlidir”, – deyə yazılıb.

Qeyd edək ki, Avropa ölkələri ABŞ qoşunlarının azaldılacağından xəbərdar olsa da, prosesin daha yavaş gedəcəyini gözləyirdilər.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: