Pentaqon rəhbəri: “Əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”

“Ukraynanın məğlubiyyəti NATO və Rusiya arasında müharibəyə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O bildirib ki, Ukraynanın məğlubiyyəti fonunda Rusiya və NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi realdır.

Ostinin fikrincə, Ukrayna uduzsa, Rusiya rəhbərliyi dayanmayacaq.

“Mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, – ABŞ müdafiə naziri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az