“ABŞ idarəolunan raketlərin yerləşdiyi sualtı gəmisini Yaxın Şərqə göndərib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Məlumata görə, İsrail müdafiə naziri Yoav Qallant ilə danışan Ostin “Avraam Linkoln” təyyarədaşıyan gəmi qrupunun Yaxın Şərqdə sürətlə yerləşdiriləcəyini bildirib.
Ostin həmçinin Vaşinqtonun Təl-Əvivin müdafiəsi üçün bütün mümkün tədbirləri görəcəyini deyib.
Qeyd edək ki, bundan öncə ABŞ Yaxın Şərqdə daha çox qırıcı yerləşdirəcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az