“NATO üzvləri sammitdən sonra hərbi xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə qədər artırmağı öhdələrinə götürüblər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Haqset deyib.
“32 ittifaq ölkəsi NATO-nun gələcəyinə sərmayə qoyaraq bu maliyyə öhdəliyini götürüb”, – deyə o bildirib.
Pentaqon rəhbəri razılaşmanı mühüm addım kimi qiymətləndirib.
Qeyd edək ki, NATO-nun sammiti iyunun 24-25-də Haaqada keçirilib.
Əliyar Xəlil
Globalinfo.az