
***06:00
Son vaxtlar Azərbaycanda maaş və pensiyalarda artımlar olub. Bununla paralel olaraq ərzağın, dərman preparatlarının bahalaşması da müşahidə edilir. Vətəndaşlar bahalaşma səbəbindən maaş və pensiya artımının kifayət etmədiyini bildirirlər.
Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər pensiya və maaş bəs edər? Minimum əməkhaqqı, pensiya nə qədər olsa, insanlar rahat dolana bilər?
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralının sözlərinə görə, hazırkı bahalığın fonunda əməkhaqları cılız qalıb, pensiyalar minimum xərcləri ödəyir.
O deyib ki, əhalinin gəlirləri ilə xərcləri bir-birinə adekvat deyil.
Daha ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az