Pensiya alanların diqqətinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.