Pensiya alanlara mühüm xəbər

Bakı, Sumqayıt və Abşeronda yanvar ayı üzrə pensiya və müavinətlərin ödənilməsinə başlanılıb.

Bu barədə Globalinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd olunub ki, respublika üzrə ödənişlərə isə yanvarın 15-dən başlanılacaq.