Pensiya alanlara mühüm xəbər

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Bu barədə Globalinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.