Penitensiar xidmət və DİN-dən birgə əməliyyat: 1,6 kq heroin… – FOTO

polis emeliyyat

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Globalinfo.az PX-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, 1,6 kq heroin aşkarlanıb