Globalinfo.az-a danışan Real Partiyasının sədri Natiq Cəfərli deyib ki, parlament seçkilərinin nəticəsini tanımamaq anlaşılmazdır:
“Pənah bəy parlament seçkilərinin nəticəsini tanımayıb nə edəcək ki?! Parlamentin qəbul etdiyi qanunlara əməl etməyəcək? Bilirsiniz, bu, 30 illik ritorikadır.
Natiq Cəfərli
Parlament seçkilərinin siyasi nəticələri ilə bağlı ciddi problemlər var. Buna mən də qatılıram. Seçkilərdə çox ciddi qanun pozuntularının olduğunu biz də qeyd edirik. Lakin bununla belə seçkilərin hüquqi nəticələrini bütün dünya tanıyır. Azərbaycan Respublika vətəndaşı da bunu tanıyır. Yəni həmin parlamentin qəbul etdiyi qanunlarla yaşayırıq. Parlament seçkilərinin hüquqi nəticələrini tanımamaq onun qəbul edəcəyi qanunları tanımamaqdır. Belə bir şey isə mümkün deyil.
Hesab edirəm, Pənah bəyin çağırışının ciddi effekti olmayacaq. 1990-cı illərdə də bənzər çağırışlar olub. Lakin bunun ciddi effektini görməmişik. Siyasi partiyaların məqsədi vətəndaşı seçkiyə inandırmaqdır. Çalışıb, buna nail olmalıyıq”.
İqbal Ağazadə
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Azərbaycan Xalq Partiyası öz mövqeyini açıqlayıb:
“Bütün hallarda bu onların öz fikridir. Biz siyasi partiyaların mövqeyini şərh etmirik. Bunu ümumilikdə etik hesab etmirik”.
Turan Rzayev
Globalinfo.az