Pelenin son vəziyyəti açıqlandı

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin səhhəti getdikcə yaxşılaşır.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq futbolçunun müalicə aldığı xəstəxanadan məlumat verilib.

“Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və kimyaterapiyaya cavab vermədiyi bildirilmişdi.