Pelenin səhhəti daha da pisləşdi

Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin səhhəti daha da pisləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.

“Pelenin bədəni artıq bağırsaq xərçəngi ilə bağlı kimyaterapiyaya cavab vermədiyi üçün ona palliativ yardım müalicəsi tətbiq olunur”, – deyə məlumatda bildirilib.